Emin Əfəndidən İrana CAVAB – “Quyruğu qapı arasında qalan...”

Hazırda oxunan: Emin Əfəndidən İrana CAVAB – “Quyruğu qapı arasında qalan...”

41437

“Son vaxtlar bəzi İran rəsmiləri aramızda yaranmış gərginlikləri şərh edərkən, İran dövlətinin minilliklərə söykənən tarixindən danışıb öyünürlər”. 

Bizim.Media xəbər verir ki, bunu aparıcı və prodüser Emin Əfəndi “Telegram” kanalında yazıb.

O İranı Ermənistanla eyni aqibətin gözlədiyini bildirib. 
 

“1000 il əvvəli qoyaq bir qırağa, yaxın 30 ildə quyruğu qapı arasında qalan digər ümumi qonşumuz da “minillik tarixdən” dəm vura-vura tarix səhifələrinə qovuşur. Belə çıxır ki, sizin ermənilərlə ümumi tarixiniz var və siz bu tarix boyu bizimlə mübarizə aparırsınız.


Uğursuzluğunuz isə göz qabağındadır. 

Aramızdakı fərq ondan ibarətdir ki, siz mübarizənizi keçmiş uğrunda, biz isə gələcək uğrunda aparırıq. Bizim də böyük və şanlı keçmişimiz var. Amma gələcəyimiz daha böyük olacaq.  Yazılmış tarixin yazılmamış qanunu isə onun təkrar olunmasıdır. Birinci dəfə tragediya, ikinci dəfə isə…”, - deyə Emin Əfəndi bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin