Xatırladaq ki, Soçidə keçirilən Qış Olimpiya Oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılır. Soçi Qış Olimpiya və Paraolimpiya Oyunlarında bu medallar uğrunda 3500 atlet mübarizə aparacaq.
Yarışlar 11 idman arenasında keçiriləcək. Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunur. Olimpiada fevralın 23-dək davam edəcək. Rusiya Olimpiya infrastrukturuna və təşkilati işlərə 51 milyard dollara yaxın oyunlar tarixində ən çox pul xərcləyən ölkəyə çevrildi.




































































































