Azərbaycan Ermənistanla Haaqa məhkəməsində görüşəcək – RƏSMİ SƏNƏD yayıldı - FOTO

Azərbaycan Ermənistanla Haaqa məhkəməsində görüşəcək – RƏSMİ SƏNƏD yayıldı - FOTO

Hazırda oxunan: Azərbaycan Ermənistanla Haaqa məhkəməsində görüşəcək – RƏSMİ SƏNƏD yayıldı - FOTO

39651

Bu ay BMT-nin Ədalət Məhkəməsində Ermənistan və Azərbaycan arasında "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesi çərçivəsində dinləmələr olacaq. 

Bizim.Media Haaqda hazırlanan rəsmi sənədi əldə edib və beynəlxalq məhkəmə hər növ milli diskriminasiyanın ləğvi üçün beynəlxaql konvensiyanın tətbiqini nəzərdə tutur.
 

MÖVZU İLƏ BAĞLI:

Oktyabrın 18-də Ermənistan Ədalət Məhkəməsi qarşısına ÇIXARILACAQ


İlk dinləmələr Niderlandın Haaqa şəhərində 14-15 oktyabr tarixlərində baş tutacaq. Sözügedən şəhərdəki sülh sarayında ilk dinləmələr Ermənistanın müraciəti əsasında keçiriləcək.

Pandemiyaya görə dinləmələr onlayn nəzərdə tutulub, amma bəzi məhkəminin bəzi üzvləri böyük zalda çıxışları əyani formada dəyərləndirəcəklər. Digər itirakçılar isə videobağlantı ilə qoşulacaq. 

Qeyd edək ki, dinləmələri izləmək məhkəmənin rəsmi saytındakı canlı yayımla mümkün olacaq.

Onlar prosesi ingilis və fransız dillərində təqdim edəcəklər. BMT-nin internet televiziyası da məhkəmə işini işıqlandıracaq. Şəkillər də adı çəkilən internet resurslarda payllaşılacaq. İlk dinləmələr oktyabrın 14-də saat 10:00-dan 12:00-a qədər, erməni iddialarının ilk etapı dinləniləcək, 16:00-dan 18:00-a kimi isə Azərbaycanın çıxışlarına yer veriləcək. Oktyabrın 15-də isə dinləmələin ikinci raundudur.

Saat 10:00-dan 11:00-ə kimi Ermənistana, 17:00-dan 18:00-ə qədər Azərbaycana vaxt veriləcək. 

Anoloji proses Azərbaycan tərəfinin şikayəti ilə 17-18 oktyabr tarixində baş tutacaq.   

Bizim.Media 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO