TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi - FOTO 

Hazırda oxunan: TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi - FOTO 

39097

Sentyabrın 28-də Qazaxıstan Respublikasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Şurasının iclasında iştirak edib. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bu barədə məlumat verilib. 

Tədbirdə açılış nitqi söyləyən TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova xatırladıb ki, ötən dövrdə TÜRKPA-nın işinin səmərəli qurulması və gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova Qazaxıstana getdi - FOTO 


Bu gün isə Qazaxıstan tərəfi TÜRKPA-ya sədrlik missiyasını öz üzərinə götürür. 

Sədrliyi Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinə təhvil verən Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova həmkarına uğurlar arzulayıb. 

Sonra S.Qafarova TÜRKPA-nın Şura iclasında Azərbaycanın bu quruma sədrlik etdiyi dövrdə (dekabr 2019-sentyabr 2021) görülmüş işlərə dair məlumat verib. 

Çıxışında ötən ilin payızında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsindən söz açan Sahibə Qafarova bildirib ki, nəticədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü bərpa olunub, regionda tamamilə yeni geosiyasi mənzərə yaranıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO