Avropadakı təxribatlarda ASALA izi – Erməni diasporunun son çırpınışları

Hazırda oxunan: Avropadakı təxribatlarda ASALA izi – Erməni diasporunun son çırpınışları

38977

Avropada erməni diasporunun ölkəmizə qarşı yönələn təxribat xarakterli addımları getdikcə daha da artmaqdadır. Belə ki, sentyabrın 26-da yayılan məlumatlarda ermənilərin Azərbaycanın Fransadakı səfirliyinə hücum etdikləri bildirilib. Təxribatı törədənlər səfirliyin binasının divarında ingilis dilində “Şuşa yox, Şuşi” sözlərini yazıblar.

Qeyd edək ki, bu cür təxribata təkcə ermənilərin əlinin güclü olduğu Fransada rast gəlinməyib. Eyni zamanda, parlament seçkilərinin keçirildiyi Almaniyada da oxşar addım atılıb.

Ermənilərin aşina olduğu təcrübə

Erməni diasporasının və onun zərbə gücü olan “Daşnaksütun” partiyasının, habelə onun maliyyələşdirdiyi “ASALA”nın azərbaycanlılara, türklərə qarşı törətdikləri təxribat nümunələrinə isə, son yüzillikdə dəfələrlə rast gəlinib. 

Ötən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, xaricə mühacirət edən azərbaycanlı siyasətçilər və ictimai xadimlər də erməni diasporunun maliyyələşdirdiyi terrorçuların hədəfinə çevrildi.

“Nemezis” əməliyyatı adı ilə tarixə düşən hücumlar zamanı, Tələt paşa, Camal paşa, Səid Hilmi paşa, Behbud xan Cavanşir və Fətəli Xan Xoyski kimi tarixi şəxsiyyətlər qətlə yetirildi.

Diasporanın növbəti qətliamlarının müəllifi isə, 1970-ci illərdə yaradılan ASALA idi. Belə ki, dünyanın 21 ölkəsində türk diplomatlara qarşı təşkil olunan hücumlarda 46 nəfər qətlə yetirildi.

Lakin indiki vaxtda və eyni gündə iki təxribat xarakterli hadisəyə yol verilməsi isə bunların planlı şəkildə təşkil olunması ehtimallarını daha da artırır.
 

MÖVZU İLƏ BAĞLI:

ASALA-nı yaradan Ana Partiya “Daşnaksütyun” - TARİX


Belə olan halda isə, önəmli bir nüans ortaya çıxıb: Erməni diaporunun birdən-birə əl-ayağa salan səbəblər hansılardır?

1. 44 günlük Vətən savaşının başladığı gündə “intiqam” almaq. Təbii ki, təxribatların baş verdiyi tarixə - 26 sentyabra nəzər saldıqda görə bilərik ki, ermənilər üçün ağır məğlubiyyətin təməllərinin atıldığı günün ildönümünə yaxın, diasporanın fəallaşması başadüşülən idi. Belə ki, 30 illik “məğlubedilməz ordu” mifini dünyada tirajlayan erməni lobbisinin rəzil duruma düşdüyü 44 günlük savaş ermənilər üçün qan yaddaşının başlanğıcı hesab olunur. Buna görə də, öz revanşist duyğularını basdırmaqda aciz olan xalqın Qərbə sığınmış nümayəndələri yalnız özlərinə yaraşan kiçikçaplı addımlarla faşist vicdanlarına müəyyən qədər təskinlik gətirmək istəyiblər.

2. Dünyanın diqqətini öz problemlərinə yönəltmək. Vətən Müharibəsindəki acı məğlubiyyətdən sonra regiondakı proseslərə Azərbaycanın diqtə etməsi diaspor üçün qəbuledilməzdir. Belə ki, 30 ildə yalan məlumatlarla Qərbdə özlərinə nüfuz qazanaraq, münaqişənin sülh yolu ilə həllinə hər vəchlə mane olan erməni lobbisi, indi də yenidən dezinformasiya xarakterli şüarlar yazmaqla sığındıqları ölkələrdən yardım dilənirlər. Lakin bunun əsas səbəbi diasporun Qarabağda yaşayan ermənilərin halına acıdıqları deyil, öz çirkli pullarını yuduqları Qarabağın qapılarının onların üzünə bağlanmasıdır.

Real təhlükənin ilk siqnalları

Ümumilikdə isə, erməni lobbisinin birdən-birə fəallaşması real təhlükənin xəbərçisidir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, ermənilərin öz terror fəaliyyətlərinə yenidən start verməsi mümkündür. Təbii ki, belə olan halda xaricdə yaşayan soydaşlarımız və rəsmi nümayəndələrimiz real təhlükə qarşısında qala bilərlər. 

Təhlükənin ilkin siqnallarının verildiyi ölkələrdə isə, ermənilərin bu əməlləri nədənsə susqunluqla qarşılanır. Lakin bütün bunlar erməni diasporunun son çırpınışlarıdır və yaxın perspektivdə Cənubi Qafqazda tam stabilliyin təmin olunmasından sonra, onların da boşuna kürək çəkdiklərini qəbul etməkdən başqa çıxış yolları qalmayacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO