“Böyük Zəfər 200 illik məğlubiyyət sindromunu məhv etdi” - TURAL GƏNCƏLİYEV

Hazırda oxunan: “Böyük Zəfər 200 illik məğlubiyyət sindromunu məhv etdi” - TURAL GƏNCƏLİYEV

37966

“44 günlük Vətən Müharibəsi zamanı qazanılan möhtəşəm qələbə xalqımızın ruhunun ifadəsi idi. Biz keçmiş məcburi köçkünlər bu günü 30 il idi gözləyirdik. Torpaqlarımızın düşməndən azad ediləcəyinə zərrə qədər də şübhəmiz olmayıb. Bizdə bu inamı qoruyub saxlayan dövlət başçısı cənab Prezident İlham Əliyevin dəmir iradəsi idi”.

Bu fikirləri Qarabağa Dönüş təşkilatının rəhbəri Tural Gəncəliyev 27 sentyabr Vətən Müharibəsinin başlanmasın birinci ildönümü ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi təhdid etdi - Başını kəsəcəyik


Onun sözlərinə görə Prezidentin xalqımızın maraqlarından çıxış edərək bir addım belə geri çəkilməməsi beynəlxalq təşkilatların səylərini fiaskoya uğratdı:   

“Münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatların isə istəyi bu məsələdə status-kvonu əbədi saxlamaq idi. Azərbaycan ordusunun qəhramanlığı və dövlət başçısının dəmir yumuruğu ilə təkcə müharibəni udmamışıq, həm də Ermənistan ordusunun 80 faizini məhv etmişik. Bu Böyük Zəfər həm də 200 ildən çox bir müddətdə mövcud olan məğlubiyyət sindromunu məhv etdi, ərazi itirmək tendensiyasına da son qoydu”. 

Tural Gəncəliyev əlavə edib ki, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət nümayiş etdirib:

“Azərbaycana qarşı informasiya blokadasının yarılmasında da ölkə başçımız flaqman idi. Prezident informasiya cəbhəsindəki istiqamətləri də dəyişdi. Onlarla xarici KİV-ə verdiyi müsahibələrin hər biri Azərbaycanın diplomatik uğuru idi”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO