İran UNUTMAMALIDIR: “Xameneyi sonda özünü bir türk kimi göstərəcək”

Hazırda oxunan: İran UNUTMAMALIDIR: “Xameneyi sonda özünü bir türk kimi göstərəcək”

37951

Cümşüd Nuriyevin fikrincə, İranın Azərbaycandakı təlimlərə etirazını bəlkə də təbii qəbul etmək olardı, amma fars mollalarının Azərbaycanı hədələməsi, Azərbaycan deputatına meydan oxuması, Azərbaycan ərazisinə qanunsuz girən İran TIR-ları İran üçün çox pis nəticələrə gətirib çıxara bilər.

Bizim.Media-ya açıqlamasında politoloq İranın həmişə yadda saxlamalı olduğu 3 nüansa da toxundu:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdəbil imamı Azərbaycanı hədələdi – VİDEO


“Birincisi, İran unutmasın ki, əhalisinin yarısı və ordusunun da yarıdan çox türkdür. 

İkincisi, İran unutmamalıdır ki, 1300 ildir ki, onları türk qoruyub və bu dəqiqə də Xomeynidən sonra Xameneyi  təmiz türkdür. Ən azından sonda o bir türk kimi özünü göstərəcək. Bunu da unutmamalıdır. 

Üçüncüsü, İran vaxtı ilə Turana görə narahat olubsa, Turan bir türk dövləti idi. Bizim farsla heç bir işimiz olmayıb. Amma 1300 ildir İranı dövlət kimi ayaqda saxlayan ancaq türklər olub. Bunu da unutmasınlar”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO