“Azərbaycanlıların müdrik lideri var” - İrakli Qaribaşvili 

Hazırda oxunan: “Azərbaycanlıların müdrik lideri var” - İrakli Qaribaşvili 

37929

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Rustavi 2” telekanalının efirində Azərbaycan və Ermənistan arasındakı razılaşma ilə bağlı fikrini bildirib. 

Bizim.Media xəbər verir ki, o, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmadan məmnunluğunu bildirib: 

“Bu təşəbbüs mənə məxsus olub. Şadam ki, son 30 ildə Gürcüstan iki ölkə arasında uğurlu vasitəçilik etdi və ilk presedent yaradıldı. Prosesə cəlb olunan amerikalı dostlarımıza minnətdaram, biz bunu bir yerdə həyata keçirdik. Azərbaycan Prezidenti İlham Əliyevə dərin hörmətimi bildirirəm. Azərbaycanlıların müdrik lideri var. O, ölkəsinin inkişafı və xalqının firavanlığının qayğısına qalır”. 

Xatırladaq ki, iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələr müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO