Şahnazarov: “Sülh sazişinin bağlanmasını istəyirəm”

Hazırda oxunan: Şahnazarov: “Sülh sazişinin bağlanmasını istəyirəm”

37460

“Mən Ermənistan və Azərbaycan arasında düzgün, dost münasibətlərinin yaranmasının tərəfdarıyam. Mövqeyim bəllidir. Sülh sazişinin bağlanmasını, revanş düşüncülərinin itməsini istəyirəm. Heç olmasa tərəfdaş əlaqələri qurulsun, amma dostluq münasibətlərini arzulayıram”.

Bizim.Media xəbər verir ki, bunu caliber.az saytına veridyi açıqlamasında kinorejissor Karen Şahnazarov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın PLANLARI – Qərbi Azərbaycana fokuslamaq üçün hansı oyun qurulub?


Amma Paşinyan hökuməti revanşistlərlə asan bacarmayacaq:

“Azərbaycanda da revanşizm ideyalarını dəstəkləyənlər var. Amma buna rəğmən, İlham Əliyev savaşı udub deyə ölkədəki nüfuzu daha da artıb. Ona görə də revanşist təfəkkürlərlə mübarizədə Paşinyanın işi çətindir”. 

Şahnazarovun fikrincə, Cənubi Qafqazda həll olunmamış konfliktin qalmasının Rusiyaya sərf etməsini yalnız radikallar düşünə bilər:

“Bunu deyən insanlar siyasi situasiyanı anlamırlar. Rusiyaya stabillik sərf edir. Çünki bu halda həm Ermənistan, həm də Azərbaycanla ənənə halı almış dostluq münasibətlərini davam etmək daha rahatdır. Qafqazda savaşın olması Rusiyanın düşmənlərinə lazımdır”.

Şahnazarov azərbaycanlılarla ermənilərin birgə yaşamaq istəyindən də bəhs edib:

“Bu xalqlar əsrlər boyu birgə yaşayıblar. İndi də anlayırlar ki, düşmənçilikdənsə, birgə mehriban yaşamaq və ortaq inkişafa çalışmaq gərəkdir. Mənə elə gəlir ki, hər iki xalqın sağlam məntiqi qalib gələcək. Amma yenə də təkrarlayıram ki, radikallar var. Əsasən də qərbdə yaşayıb oradan qidalananlar”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO