Əhməd İsmayılov Avrasiya Media Forumunda İŞTİRAK ETDİ 

Hazırda oxunan: Əhməd İsmayılov Avrasiya Media Forumunda İŞTİRAK ETDİ 

37403

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Nur-Sultanda keçirilən “2021: Dünya yeni mənalar axtarışında” adlı XVII Avrasiya Media Forumunda iştirak edib. 

Bizim.Media xəbər verir ki, MEDİA-nın icraçı direktoru forum barədə fikirlərini bildirib. 

O, azərtaca açıqlamasında Avrasiya Media Forumunun onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platforması olduğunu vurğulayıb. 

“Düşünürük ki, həm medianı narahat edən amillərin, həm də dünyada gedən proseslərdə medianın iştirakı məsələsinin dərindən öyrənilməsi belə media forumlar sayəsində mümkün olacaq. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstanın aidiyyatı qurumları ilə görüşlər keçirir. Hər iki ölkənin media nümayəndələri arasında informasiya mübadiləsinin təmin olunmasına dəstək göstərmək və bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik”, - deyə Əhməd İsmayılov bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO