“Rusiya Federasiyasının dövlət satınalma saytında "Dağlıq Qarabağ Respublikası" üçün dövlət sifarişinin verilməsi haqqında yayımlanan informasiya barədə bir neçə söz demək istəyirəm”.
Bizim.Media xəbər verir ki, bunu azərbaycanlı politoloq Əli Hacızadə Telegram kanalında yazıb.
“Bunun Rusiya məmurlarına xas olan bir səhv və ya səhlənkarlıq olduğuna inanmıram. Hesab edirəm ki, bu, Azərbaycanı bir daha şantaj etmək məqsədi ilə qəsdən edilən bir təxribatdır.
Bu təxribat digər oxşar "səhvlərlə" birlikdə düşünülməlidir. Məqsəd aydındır. Bakını “qıcıqlandırmaq” və bir sıra məsələlərdə güzəşt əldə etmək istəyirlər. Bu, əks effekt verəcək axmaq və istedadsız bir taktikadır. Hadisələr göstərdi ki, keçmiş SSRİ-nin müxtəlif yerlərində baş verən hadisələrin incəliklərini Moskva həmişə nəzərə almır”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:09 / 04.09.2021
“Baş verən hadisələrin incəliklərini Moskva həmişə nəzərə almır” – Əli Hacızadə
Hazırda oxunan: “Baş verən hadisələrin incəliklərini Moskva həmişə nəzərə almır” – Əli Hacızadə
Hazırda oxunan: “Baş verən hadisələrin incəliklərini Moskva həmişə nəzərə almır” – Əli Hacızadə
35542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.