Rusiya və Qafqaz mövzusu “dəyirmi masa”da - FOTO

Rusiya və Qafqaz mövzusu “dəyirmi masa”da - FOTO

Hazırda oxunan: Rusiya və Qafqaz mövzusu “dəyirmi masa”da - FOTO

35317

Kiyevdə Ukrayna, Azərbaycan, Gürcüstan və Baltikyanı ölkələrdən olan ekspertlərin iştirakı ilə “dəyirmi masa” keçirilib.

Bizim.Media xəbər verir ki, “Rusiya təbliğatı əleyhinə” Beynəlxalq Mərkəzinin direktoru Yuri Koçevenkonun moderatorluğu ilə keçən “dəyirmi masa”nın mövzusu Rusiya və Qafqaz mövzusu olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Krım platforması” Ukrayna üçün niyə uğursuz oldu? – 4 SƏBƏB


Y.Koçevenko Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsini xatırladaraq, Rusiya sülhməramlıların missiyası, hazırda Qafqazda baş verən proseslər barədə fikirlərini bölüşüb.

Azərbaycanlı ekspert, Kiyevdə fəaliyyət göstərən “Analitik və İnformasiya Platforması” təşkilatının rəhbəri, hüquqşünas Qulu İbrahimov, “Baku TV”nin hərbi reportyoru, “Qarabağ xronikası”nın müəllifi Fərdin İsazadənin də iştirak edib.

Q.İbrahimov Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük müharibəsində əldə etdiyi qələbədən sonra regionda dəyişən vəziyyətdən danışıb:
 

“Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirmişdi ki, biz sülh tərəfdarıyıq və məsələni sülh ilə həll etmək istəyirik.


Əks halda torpaqlarımızı silah gücünə də olsa, geri qaytaracağıq. Amma təəssüf ki, Ermənistan tərəfinin yersiz inadı nəticəsində silahlar işə düşdü və Azərbaycan ərazisini geri qaytardı” - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO