Mişel Vuasinin rəhbərlik edəcəyi ATƏT-in Parlament Assambleyasının (PA) müşahidəçi missiyası Azərbaycana seçkiöncəsi və seçkilər günü səfər edəcək. Bu haqda APA-nın Avropa Bürosunun müxbirinə Mişel Vuasin özü deyib.
О,
Azərbaycanda seçkiöncəsi vəziyyəti öyrənmək üçün bir qrup müşahidəçiylə
Azərbaycana səfər edəcəyini bildirib: “Biz ölkəyə iki səfər edəcəyik. Birinci
səfərimiz sentyabrın 20-dən əvvəl baş tutacaq. Sonra oktyabrın 3-də gələcəyik
və seçkilər günü də ölkədə olacağıq. Bildiyiniz kimi, hazırda ATƏT-ə sədrlik
edən Ukrayna xarici işlər naziri tərəfindən Azərbaycanda seçki missiyasına
rəhbərlik mənə həvalə olundu və koordinator vəzifəsinə təyin edildim. Hər iki
səfərdə məqsədimiz ölkədə keçiriləcək seçkilərlə yaxından tanış olmaq,
seçkilərdən öncə və seçkilərin keçirildiyi gün vəziyyəti yerindəcə öyrənməkdir”.
M.
Vuasin deyib ki, Azərbaycanda DTİHB-dən olan həmkarları ilə birgə başqa
görüşlər də keçirəcəklər: “Missiyamızın dəqiq tarixi və proqramı gələn həftə məlum
olacaq".
Qeyd
edək ki, Mişel Vuasin Fransanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə
heyətinin rəhbəridir.
































































































