Pənah Hüseyn Cəmil Həsənlini “özümüz yazdığımız ssenari” hesab edirmi?

Pənah Hüseyn Cəmil Həsənlini “özümüz yazdığımız ssenari” hesab edirmi?

Hazırda oxunan: Pənah Hüseyn Cəmil Həsənlini “özümüz yazdığımız ssenari” hesab edirmi?

33193

 

Rüstəm İbrahimbəyovun vahid namizədliyi məsələsi qətiləşəndə AXP sədri Pənah Hüseyn maraqlı açıqlamalarda bulunaraq “ilk dəfədir ki, ssenarisini özümüz yazmadığımız tamaşada oynamaq zorunda qalmışıq” atmacasıyla “Milli Şura projesi”nə o qədər də sıcaq yanaşmadığını izhar etmişdi.

Maraqlıdır, artıq Rüstəm İbrahimbəyov dönəmi arxa plana keçdikdən və Pənah Hüseynin də tələbəsi olduğu Cəmil Həsənlinin namizədliyi qətiləşdikdən sonra AXP sədri öz fikrini dəyişməyib ki? Yəni artıq Pənah bəyin təbirincə desək, Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsini “özümüz yazdığımız ssenari” adlandıra bilərikmi? Moderator.az bu suala cavab almaq üçün Pənah bəyə müraciət edib. AXP sədri deyib ki, vaxtilə həmin fikri səsləndirsə də Rüstəm İbrahimbəyovun namizədliyini birmənalı olaraq dəstəkləyib: “İndi də yeni situasiya yaranıb və Cəmil müəllimin namizədliyi irəli sürülüb. Biz Rüstəm müəllimə hansı dəstəyi ifadə edirdiksə Cəmil Həsənliyə də oxşar gözlə yanaşırıq.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO