Milli Şuranın vahid namizədi Cəmil Həsənlilə bağlı hakim və müxalif siyasi dairələrdən fikirlər səsləndirilməkdədir. Moderator.az xəbər verir ki, "Bizim Yol"a açıqlamasında YAP Siyasi Şurasının üzvü Musa Musayev da Cəmil Həsənlinin namizədliyindən danışıb. O, bildirib ki, o, Cəmil Həsənlini Azərbaycanın böyük alimi və ziyalılarından biri kimi dəyərləndirir: “Cəmil müəllimin kitablarını oxumuşam. O, Əziz Əliyev və Əlimərdanbəy Topçubaşov haqqında kitab yazıb. Çox dəyərli kitablardır. Onun Əlimərdanbəy Topçubaşov haqqında yazığı kitaba hörmətli diplomatımız Hafiz Paşayev ön söz yazıb. Cəmil müəllim böyük alimdir. Amma kaş Milli Şuraya qoşulmayaydı. Milli Şura onun yeri deyil. Mən hələ 2002-ci ildə parlament tribunasından ona müraciət etmişdim ki, təmsil olunduğu düşərgəni dəyişsin”
- A-
- A
- A+
Siyasət
18:02 / 27.08.2013
Musa Musayev Cəmil Həsənlini təriflədi -AÇIQLAMA
Hazırda oxunan: Musa Musayev Cəmil Həsənlini təriflədi -AÇIQLAMA
Hazırda oxunan: Musa Musayev Cəmil Həsənlini təriflədi -AÇIQLAMA
32784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































