Milli Məclis buraxılacaqmı? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Milli Məclis buraxılacaqmı? – Deputatdan AÇIQLAMA

30876

“Son vaxtlar bəzi KİV-lərdə yaxın vaxtlarda Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar və müzakirələr yer alır. Bu, müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov səsləndirib.

Onun sözlərinə görə, bu tip məlumatlar müharibə dövründə milli birlik və həmrəylikdən kənar duran, Ordumuza heç bir dəstək verməyən qüvvələr tərəfindən yayılır:

“Onlar zəfərə kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar”.

Deputat xatırladıb ki, Azərbaycanda müxtəlif dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır və effektivliyi daha da artırır:

“Mənim də təmsil olunduğum VI çağırış Milli Məclis öz fəaliyyətinin dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin