Prezident Orbanla görüşdü – FOTO/VİDEO

Prezident Orbanla görüşdü – FOTO/VİDEO

Hazırda oxunan: Prezident Orbanla görüşdü – FOTO/VİDEO

274224

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının önəminə toxunub.

Söhbət zamanı bu ilin mayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü məmnunluqla xatırlanıb.

Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyəti yüksək qiymətləndirilib. Bu xüsusda enerji, investisiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Macar şirkətlərinin Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisində iştirakı vurğulanıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO