xa0İşğalçı Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan növbəti dəfə Azərbaycan Respublikasının sərhədini pozaraq Azərbaycanın xarici işlər nazirixa0 Elmar Məmmədyarovla aprelin 15-də Moskvada gözlənilən “en”inci danışıqlara hazırlıq çərçivəsində işğal altındakı torpaqlarımızda separatçı-terrorçu rejimin “xarici işlər naziri” adlanan Masis Mailyanxa0 ad-soyadlı adamabənzər məxluqla görüşə gəlib...
Torpaqlarımızı işğal etmiş dövlətin əksər vətəndaşları kimixa0 prezidenti, baş naziri, demək olar ki, bütün digər nazirləri, o cümlədən xarici işlər naziri də il ərzində dəfələrlə hüquqi dövlət sərhədimizi pozaraq torpağımızı tapdayırsa, deməli,xa0 bunlar Azərbaycan dövlətini, dövlətçiliyini qətiyyən saya salmır, ərazi bütövlüyümüzü tanımırlar...xa0
Torpağı, bilavasitə doğulduğu rayon, kənd 27-ci ildir ki, işğal altında qalan didərgin bir vətəndaş olaraq müvafiq qurumlardan izahat istəyirəm: Azərbaycanın torpaqlarını 30 ilə yaxındır ki, işğal altında saxlayan qəsbkar ölkəninxa0 dövlət sərhədimizi pozan,xa0 ərazi bütövlüyünü tanımayan bir prezidenti, baş naziri, naziri ilə illərdir heç bir nəticəsiz davam edən görüşüb-danışmağın mənası nədir, məntiqlə onları danışığa çağırmaq, yoxsa cəzalandırmaq gərəkdir və bütün bunlara "başqatma", manipulyasiya deməyək, nə deyək?..xa0
Sultan Laçın
xa0


































































































