Sərkisyanın kürəkəni yalnız Tərtərdəki kömür mədənindən 6 milyonxa0 dollar qazanıb...xa0

Sərkisyanın kürəkəni yalnız Tərtərdəki kömür mədənindən 6 milyonxa0 dollar qazanıb...xa0

Hazırda oxunan: Sərkisyanın kürəkəni yalnız Tərtərdəki kömür mədənindən 6 milyonxa0 dollar qazanıb...xa0

266309
xa0Ermənistanın terrorçu eks-prezidenti Serjik Sarkisyanınxa0 kürəkənlərindənxa0 birinin Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz gəlirlər əldə etməsi haqda yeni faktlar üzə çıxıb.xa0

Moderator.az xəbər verir ki, bu haqda hazırkı baş nazir N.Paşinyana yaxın KİV məlumat yayıb. Məlumata görə, hələ 2018-ci ildə Xankəndində separatçı-terrorçu rejiminxa0 “büdcəsi”nin “parlament”dəkixa0 müzakirəsi zamanı “Dirçəliş” “partiya”sının nümayəndəsi, “deputat” Hayk Xanumyanxa0 “Artsax İnvestisiya Fondu” vasitəsilə yeyilmiş milyardlarla dram barədə danışıb. O, nümunə olaraq Azərbaycan Respublikası Tərtər rayonunun 26-cı ildir ki, işğal altında qalan Suqovuşan(Madagiz) məntəqəsi yaxınlığındakı kömür mədənindən əldə edilən gəlirləri misalxa0 çəkib. Xanumyan yaydığı videoda erməni ictimaiyyətinə bunu təsdiqləyən sənədlər də təqdim edib.xa0

Məlum olub ki, Tərtər ərazisindəki kömür mədəninii istismar edən Ermənistanın "Enerji Plus” şirkətinin səhmlərinin 100% -i 2016-cı ilədək “Aza Group MMC”-yə məxsus olub. Bu MMC-nin yeganə nümayəndəsixa0 isə o vaxtkı işğalçı ölkə başçısı S. Sərkisyanın kürəkəni Ayk Aram Xaçatryan olub.xa0 Yalnız 2016-cı ilin noyabrında “Enerji Plus MMC”-nin səhmlərinin 100% -ni “Artsax İnvestisiya Fondu İdarə Heyəti”nin sədri olan, o vaxtkı dövlət naziri Araik Arutyunyan əldə edib. Ermənistan hökuməti 29 mart 2012-ci il tarixli 354-A saylı fərmana əsasən prezidentin kürəkənininxa0 şirkətinə vergi imtiyazları təqdim edib. Nəticədə şirkətxa0 qondarma rejimin “büdcə”sindən maliyyələşən “Artsax İnvestisiya Fondu”nun hesabına milyard dramlarla gəlir əldə edib.xa0 A.Arutyunyan isə 2016-cı ildə həmin şirkətin aksiyalarını 2 mlrd 858 mln.drama alıb. Beləliklə,xa0 Serj Sarkisyanın kürəkəni Ayk Xaçatryan yalnız Tərtərdəki daş kömür mədənindən 6 milyon dollaradək pul qazanıb.xa0

Xatırladaq ki, hələ 2016-cı ildə S.Sərkisyanın digər kürəkəni Mikael Minasyanın Dağlıq Qarabağdakı narkotik biznesinə nəzarət etməsi haqda faktlar yayılıb.




P.S. Göründüyü kimi, Azərbaycan torpaqlarında qondarılmış separatçı rejimin sənədlərində qanunsuz qurumların adının tərcüməsi rus dilində yazılır...

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO