İranın Arazda boğduğu gənc yazar kimdir? – SUİ-QƏSD FAKTLARI

Hazırda oxunan: İranın Arazda boğduğu gənc yazar kimdir? – SUİ-QƏSD FAKTLARI

26082

“Milli ruhuna görə təqib olunurdu. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Bir çox insanlar fəaliyyətinə görə onun pəhləvilər tərəfindən öldürüldüyünü iddia etsələr də, o zamankı pəhləvi rejimi bunu inkar etmişdi. Səmədin sadəcə çayda batdığını bildirmişdilər”

Bizim.Media-ya danışan tarixçi Faiq Ələkbərlinin sözlərinə görə, daha inandırıcı variant Behrənginin milli ruhda əsərlərinə görə İran hökuməti tərəfindən qətlə yetirilməsidir:

“Təbrizdə anadan olan Səməd Behrəngi öz yaradıcılığı, əsərlərində daha çox pəhləvilər rejimini tənqid edirdi. Behrənginin əsərlərində xalqımızın azadlıq və birlik arzuları ifadə olunurdu. Onun “Balaca qara balıq” əsəri də əslində güney azərbaycanlıların pəhləvilərə müqavimət göstərərək azadlığa qovuşmaqları ilə bağlı idi”.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Yaxın Şərqdəki hədəfləri - Əfqanıstanda nə planlaşdırılır?


Ölümündən bəhs etdiyimiz Səməd Behrənginin 82-ci doğum günüdür. Müəllim, tərcüməçi, publisist, İrandakı uşaq ədəbiyyatının banisi olan Səməd Behrəngi 1939-cu il iyunun 24-də Təbrizdə dünyaya gəlib. Faiq Ələkbərlinin də dediyi kimi, milli ruhda olan Behrənginin həmyaşıd və dosltarından biri də həbsxanada işgəncə verilərək öldürülən Bəhruz Dehqani idi. 

Behrənginin qələmindən çıxan ən populyar əsərləri arasında “Adət”, “Binam” hekayələri, “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” kimi nəsrləri nümunə gətirmək olar.

Sadəcə o vaxt Azərbaycanın şimalında “SSRİ repressiya”ları tüğyan etdiyi kimi, cənubda da “farsların edam ağacı” boş qalmırdı. 

Buna görə də, Mikayıl Müşviq kimi (29 yaş) Səməd Behrəngi də (28 yaş) heç otuz il yaşaya bilmədi.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO