Ermənistan baş naziri Nikol Paşinyan istefa verdiyini canlı yayım vasitəsilə bəyan edib.xa0
Bununla da o, parlamentin buraxılması üçün formal əsasın yaradılacağına ümid edir.xa0
“İstefa verirəm”, - deyə Paşinyan Ermənistanın İctimai televiziyasının canlı yayımında bəyan edib.xa0
O həmçinin bildirib ki, seçkilərədək Nazirlər Kabineti rəhbərinin səlahiyyətlərini icra edəcək.
Parlamentdə Paşinyanı inandırıblar ki, parlament öz namizədini irəli sürməyəcək.xa0
Xatırladaq ki, Parlament seçkiləri dekabrın 9-da olacaq.