ABŞ-ın Rusiyadakı keçmiş səfiri: “Mən Putindən şübhələnirəm…” - FOTOFAKT

ABŞ-ın Rusiyadakı keçmiş səfiri: “Mən Putindən şübhələnirəm…” - FOTOFAKT

Hazırda oxunan: ABŞ-ın Rusiyadakı keçmiş səfiri: “Mən Putindən şübhələnirəm…” - FOTOFAKT

24385

“Mən Bayden və Putin arsında olan son görüşdə iştirak etmişəm (Moskva, 2011-ci ilin martı). Putin o zaman sərt mesajlar vermişdi. Onun gələn həftə Cenevrədə də eyni şeyi edəcəyindən şübhələnirəm”.

Bizim.Media xəbər verir ki. bu sözləri ABŞ-ın Rusiyadakı keçmiş səfiri (2012-2014) Maykl Makfol özünün sosial şəbəkə hesabında bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın SON AÇIQLAMALARI - Prezidentlərin görüşü nəyi dəyişəcək?


Onun paylaşımında Baydenin ABŞ vitse-prezidenti kimi 2011-ci ildə Putinlə görüşdən foto da yer alıb. 

Xatırladaq ki, 10 il öncə Putinlə Bayden arasındakı görüşdə müxtəlif məsələlər müzakirə olunub. Cəmi bir sürüşkən mövzu qeydə alınıb ki, o da viza məsələsi idi. Belə ki, Putin Baydenə məlumat verib ki, Avropa ölkələri ilə Rusiya arasında vizasız rejimə keçidlə bağlı danışıqlar gedir və Moskva bunu Vaşinqtonla da reallaşdırmaq istəyir. Bu istiqamətdə Baydenin köməyinə ehtiyac duyduğunu deyən Putin Cozefdən müsbət cavab ala bilmədi.

Çünki Baydenin 10 il əvvəlki cavabı sərt alındı:

“ABŞ prezidenti ilə vitse-prezidenti arasında böyük fərq var. Mən belə məsələlərlə məşğul olmuram”.

Putinin bu cavaba reaksiyası isə amerikalı diplomatları təşvişə salıb. Yoxsa Makfol kimi diplomatlar Cenevrə görüşündən narahat olmazdılar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO