ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

Hazırda oxunan: ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

23895

ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Bizim.Media-nın xəbərinə görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) adından Zati-alinizə və ölkənizin xalqına salamlarımızı və təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuruq.

ISESCO üzv dövlətlərin qeyd etdiyi əlamətdar günlər də daxil olmaqla, bütün işlərdə onları dəstəkləməyə daim hazırdır. Biz bu əlamətdar günü Sizinlə və xalqınızla birlikdə qeyd edirik.

Hazırda və gələcək illərdə ISESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz. Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımızı qəbul edin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO