Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

Hazırda oxunan: Bakıda Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO-VİDEO

236845

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO