Prezidentdən ADY ilə bağlı FƏRMAN

Prezidentdən ADY ilə bağlı FƏRMAN

Hazırda oxunan: Prezidentdən ADY ilə bağlı FƏRMAN

236454

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yenidən təşkili haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, ADY “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması ilə yenidən təşkil edilir.

Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Prezidentə:


- Cəmiyyətin yenidən təşkili və ləğvi;

- Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):

- Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin dövlət başçısı ilə razılaşdırmaqla həyata keçirilməsi;

- Normativ hüquqi aktlar, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

Limanın Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və yerli normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməli, AZCON isə Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO