Aİ casuslarından növbəti AVANTÜRA – Gözümüz üstünüzdədir – VİDEO

Aİ casuslarından növbəti AVANTÜRA – Gözümüz üstünüzdədir – VİDEO

Hazırda oxunan: Aİ casuslarından növbəti AVANTÜRA – Gözümüz üstünüzdədir – VİDEO

234279

Avropa İttifaqının (Aİ) Ermənistandakı "müşahidə missiyası"nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.

Bizim.Media xəbər verir ki, bu dəfə daha bir qrup Qazax və Qubadlı rayonu istiqamətinə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Aİ casusları kəşfiyyatçılığa DAVAM EDİR – Bütün addımlarınızı İZLƏYİRİK – VİDEO


Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.

Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. Göründüyü kimi, Aİ kəşfiyyatçıları “xristian həmrəyliyi” ideyalarını, səlibçi təfəkkürünü rəhbər tutaraq “qardaşlarını qorumaq” üçün hərəkətə keçiblər.

Onların erməni qardaşları isə həmin casuslara güvənərək revanş eşqinə düşüblər. Ancaq bunlar hamısı əbəsdir. Çünki ordumuz onların bütün addımlarını izləyir...


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO