Rusiya və Çinin ticarət dövriyyəsi 200 milyard dolları ötəcək – YENİ HƏDƏF

Rusiya və Çinin ticarət dövriyyəsi 200 milyard dolları ötəcək – YENİ HƏDƏF

Hazırda oxunan: Rusiya və Çinin ticarət dövriyyəsi 200 milyard dolları ötəcək – YENİ HƏDƏF

232826

Çinə səfər edən Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında aparılan danışıqlarda müzakirə edilən əsas məsələlərdən biri də iki ölkə arasında ticarət dövriyyəsinin artırılması olub. 


Sfera.az xəbər verir ki, dövlət başçıları xarici ticarət dövriyyəsinin 200 milyard dollara çatdırılması haqqında razılıq əldə ediblər. 


Qarşıya qoyulan hədəfə görə bu ilin sonunda qarşılıqlı ticarətin həcmi 200 milyard dollardan az olmayacaq. 


Xatırladaq ki, Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra bu ölkənin Çinlə ticarət əlaqələri genişlənib. 2022-ci ilin yekunlarına görə, ticarət əlaqəsinin həcmi 190,2 milyard dollara yüksəlib. Bu nəticə ilə Rusiya Çinin 10-cu ən böyük ticarət tərəfdaşına çevrilib. 


Çinlə ticarət dövriyyəsinin artması Rusiya üçün əlverişlidir. Çünki Çinlə ümumi ticarətdə Rusiyanın ixracının payı daha çoxdur. Ötən il 190,2 milyard dollarlıq ticarətin 114,2 milyard dollarlıq hissəsi Rusiyadan Çinə ixracdan ibarət olub. 


Rusiya Çinə əsasən yanacaq və digər xammal, yaxud ilkin emaldan keçən məhsullar satır. Çin isə sənayenin bütün sahələrinə aid, eyni zamanda kənd təsərrüfatı məhsulları ixrac edir. 


Vasif

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO