Bu ilin 9 ayı ərzində Azərbaycan Fransa iqtisadiyyatına 16,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu isə 1 il əvvələ nisbətən 10,8 % azdır.
Hesabat dövründə Azərbaycanın Fransa iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,2 % təşkil edib.
Fransa isə bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına 91,6 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,8 dəfə çoxdur.
Hesabat dövründə Fransanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 % olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:10 / 31.12.2024
Azərbaycan Fransaya investisiyanı 11 %-ə yaxın azaldıb
Hazırda oxunan: Azərbaycan Fransaya investisiyanı 11 %-ə yaxın azaldıb
Hazırda oxunan: Azərbaycan Fransaya investisiyanı 11 %-ə yaxın azaldıb
227930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.