Azərbaycan Araz dəhlizi ilə Naxçıvana daha tez çatacaq. Layihənin maliyyələşdirilməsi üçün prezident xüsusi göstəriş verib.
Bizim.Media ILNA agentliyinə istinadən xəbər verib ki, bunu İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı şirkətinin müavini Məhəmmdrza Kədxudazadə bildirib.
Onun sözlərinə görə, Araz dəhlizi vasitəsilə Azərbaycan daha asan və sürətlə Naxçıvanla birləşəcək:
“Hazırda mövcud olan yol Ərdəbil əyalətinin Parsabad və Biləsuvar şəhərlərindən başlayır və Culfaya qədər 350 km uzunluğundadır”.
O, qeyd edib ki, dörd zolaqlı marşrut artıq Ermənistan sərhədinə çatıb və azərbaycanlılar Araz dəhlizinin tamamlanmasını çox istəyirlər.
Kədxudazadə deyib ki, Araz dəhlizinin yol hissəsində Azərbaycan hökuməti körpünün tikintisini öz üzərinə götürüb və bu körpü İranın planlaşdırdığı terminalla birləşdiriləcək:
“Əgər maliyyə təmin edilərsə, bu müddət ərzində biz layihəni tikib başa çatdıracağıq. Bu dəhliz Zəngəzur dəhlizi ilə paraleldir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:13 / 29.12.2024
İran rəsmisi: “Azərbaycan Araz dəhlizi ilə Naxçıvana daha tez çatacaq”
Hazırda oxunan: İran rəsmisi: “Azərbaycan Araz dəhlizi ilə Naxçıvana daha tez çatacaq”
Hazırda oxunan: İran rəsmisi: “Azərbaycan Araz dəhlizi ilə Naxçıvana daha tez çatacaq”
227650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.