ABŞ təyyarə qəzasına necə reaksiya verəcək? – Pol Qobldan ÖZƏL AÇIQLAMA

ABŞ təyyarə qəzasına necə reaksiya verəcək? – Pol Qobldan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: ABŞ təyyarə qəzasına necə reaksiya verəcək? – Pol Qobldan ÖZƏL AÇIQLAMA

227312

Xəbər verdiyimiz kimi, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Amerika rəsmiləri təhqiqatın tamamlanmasını gözləyəcəklərini deyərək yavaş reaksiya verəcəklər. 
 

MÖVZU İLƏ BAĞLI:

Peskovdan təyyarə qəzası ilə bağlı AÇIQLAMA – VİDEO


“ABŞ-da çoxları bunu Rusiyanın mülki insanların həyatı bahasına olsa belə, beynəlxalq hüququ pozmağa getdikcə daha çox hazır olduğunun göstəricisi kimi qiymətləndirəcək. Eyni zamanda, ABŞ-da çoxları bu durumu Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi və Ukraynaya dəstək çağırışı üçün göstərici hesab edəcəklər”.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO