Türkiyənin səhiyyə naziri Fahrettin Koca 15 iyun Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, bununla bağlı sosial media hesabında paylaşım edib.
"Bir millət, iki dövlət olduğumuz Azərbaycanın 15 iyun Milli Qurtuluş Gününü səmimi qəlbdən təbrik edirik. Can Azərbaycanın 1991-ci ildə elan etdiyi müstəqillik gününü tam olaraq təmsil edən 15 iyun bu tarixi anlamı ilə əbədi olaraq qeyd olunsun", - nazir yazıb.