BMT-də Ermənistanla sülh prosesinin təşviqi istiqamətində fəaliyyətdən DANIŞILDI - FOTO

BMT-də Ermənistanla sülh prosesinin təşviqi istiqamətində fəaliyyətdən DANIŞILDI - FOTO

Hazırda oxunan: BMT-də Ermənistanla sülh prosesinin təşviqi istiqamətində fəaliyyətdən DANIŞILDI - FOTO

213501

BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edib. O, Azərbaycanın müxtəlif yaradıcı və sülhyönümlü layihələrin həyata keçirilməsi yolu ilə sülh, tolerantlıq və dinc yaşama mədəniyyətinin təşviqi üzrə qlobal səylərə töhfə vermək səylərindən danışıb.

Qeyd olunub ki, Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupu ilə sıx əməkdaşlığını davam etdirməyə hər zaman hazırdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçmiş münaqişənin dağıdıcı humanitar və mədəni nəticələrinin aradan qaldırılması ilə yanaşı Ermənistanla sülh prosesinin təşviqi istiqamətində də fəaliyyəti qeyd olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO