Ağdamda yeni zavod İSTİFADƏYƏ VERİLDİ

Ağdamda yeni zavod İSTİFADƏYƏ VERİLDİ

Hazırda oxunan: Ağdamda yeni zavod İSTİFADƏYƏ VERİLDİ

212160

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında, həmçinin “Metkons” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak etdi.

Bizim.Media xəbər verir ki zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, layihə çərçivəsində havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları istehsal ediləcək.

MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Müəssisə üçün sənaye parkında bir hektar ərazi ayrılıb.

Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin illik gücü 33 min ədəd müxtəlif avadanlıq istehsalıdır. Ümumi investisiya dəyəri 3,9 milyon manat olan müəssisədə 90 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Digər istehsal müəssisləri kimi, “Metkons” MMC də sənaye parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 91 min manatdan çox vəsaitə qənaət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO