Bu gün Lavrov Ceyhun Bayramovla görüşəcək

Bu gün Lavrov Ceyhun Bayramovla görüşəcək

Hazırda oxunan: Bu gün Lavrov Ceyhun Bayramovla görüşəcək

20801

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya səfərinin ikinci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Bizim.Media xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında bölgənin dinc həyata qayıtması ilə bağlı əldə edilən birgə razılaşmaların həyata keçirilməsi olacaq.

Bayramov və Lavrov görüşündə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və beynəlxalq platformalardakı qarşılıqlı əlaqələrin koordinasiyası məsələsi də kənarda qalmayacaq. Tərəflər nazirliklərarası məsləhətləşmələr Planını da imzalamaq niyyətindədirlər.

Rusiyanın naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək, Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyacaq.

Eyni zamanda, Lavrov Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyacaq. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO