Şahin Seyidzadə Şamaxıda seçicilərlə görüşlərə davam edir – FOTO/VİDEO

Şahin Seyidzadə Şamaxıda seçicilərlə görüşlərə davam edir – FOTO/VİDEO

Hazırda oxunan: Şahin Seyidzadə Şamaxıda seçicilərlə görüşlərə davam edir – FOTO/VİDEO

207492

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizəd Şahin Seyidzadə Şamaxı rayonunda seçicilərlə görüşlərə davam edir.  

Bizim.Media xəbər verir ki, deputatlığa namizəd 19 avqust 2024-cü il tarixində Şamaxı rayonunun Əhmədli, Hacılı, Qızmeydan və Pirbəyli kəndlərinin seçicilərilə görüşüb. 

İlk görüş Şamaxının Əhmədli və Hacılı kəndlərində baş tutub. Ş.Seyidzadə sakinlərlə səmimi söhbət edib, onlara təşviqat kampaniyası ilə bağlı məlumat verib.  


Növbəti görüş Şamaxı rayonunun Pirbəyli kəndində baş tutub. Görüşdə Şahin Seyidzadənin seçki platforması təqdim olunub, seçicilər tərəfindən irəli sürülən məsələlər ətrafında müzakirələr aparılıb.

Daha sonra o, Qızmeydan kəndinin sakinlərilə görüşüb. Deputatlığa namizəd seçicilərə seçki platforması barədə ətraflı məlumat verib və görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.  


Görüşlərdən öncə o, şəhid Piriyev Sərdar Nuru oğlu və Həmidov Taleh Saleh oğlunun məzarları ziyarət edərək, əziz xatirələri yad edib.  

Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.  


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO