“Danışıqlar apardığımız otaqdan Vladimir Putinə 2 il əvvəl suyun altında olan qayaları göstərdim” - Prezident

“Danışıqlar apardığımız otaqdan Vladimir Putinə 2 il əvvəl suyun altında olan qayaları göstərdim” - Prezident

Hazırda oxunan: “Danışıqlar apardığımız otaqdan Vladimir Putinə 2 il əvvəl suyun altında olan qayaları göstərdim” - Prezident

207441

“Hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim”.

Bizim.Media xəbər verir ki, bu barədə avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik.

Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük”, - Azərbaycan Prezidenti deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO