İlham Əliyevlə danışıqlardan sonra Putin Paşinyanla əlaqə saxlayacaq - VİDEO

İlham Əliyevlə danışıqlardan sonra Putin Paşinyanla əlaqə saxlayacaq - VİDEO

Hazırda oxunan: İlham Əliyevlə danışıqlardan sonra Putin Paşinyanla əlaqə saxlayacaq - VİDEO

207347

Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla əlaqə saxlamaq niyyətindədir. 

Bizim.Media xəbər verir ki, bu barədə Vladimir Putin Bakıda Prezident İlham Əliyevlə məhdud tərkibdə görüşü zamanı deyib.

Rusiya lideri Bakı səfərinin nəticələri barədə Paşinyanla danışacağını bildirib:

"Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olacaq.

Cənubi Qafqazdakı vəziyyətin həllində tərəflər üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırıq. Mən bilirəm ki, Azərbaycan Ermənistanla bütün məsələlərin tam həllinə çalışır".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO