Fariz İsmayılzadənin deputatlığa namizədliyi TƏSDİQLƏNDİ — FOTO

Fariz İsmayılzadənin deputatlığa namizədliyi TƏSDİQLƏNDİ — FOTO

Hazırda oxunan: Fariz İsmayılzadənin deputatlığa namizədliyi TƏSDİQLƏNDİ — FOTO

203812

77 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyası Fariz İsmayılzadənin deputatlığa namizədliyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə F.İsmayılzadənin özü məlumat verib.

Xatırladaq ki, Fariz İsmayılzadə 2000-2002-ci illərdə ABŞ-ın dünyaca tanınmış Vaşinqton Universitetində magistr təhsili alıb.
O, daha sonra 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində Qlobal Menecment ixtisası üzrə magistr təhsilini alıb. Hollandiyanın nüfuzlu Maastrix Menecment Məktəbinin Beynəlxalq Biznes ixtisası üzrə doktorantıdır.

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə, Fariz İsmayılzadə “Tərəqqi” medalı ilə, həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunub.

O, 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib. Fariz İsmayılzadə son olaraq ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru vəzifəsində çalışıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO