
- A-
- A
- A+
Əli Nağıyev gürcü həmkarı ilə görüşdü - VİDEO
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili görüşüb.
Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri və gələcək planlar barəsində müzakirə aparıblar.
MÖVZU İLƏ BAĞLI:
Əli Nağıyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTO
Gürcüstan DTX sədri Qriqol Liluaşvili Gürcüstan və Azərbaycan arasında təhlükəsizliyi sahəsində tərəfdaşlığın dərinləşdirilməsinin və iki xidmət arasında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdən əvvəl Qriqol Liluaşvili və Əli Nağıyev Gürcüstanın ərazi bütövlüyü qəhrəmanlarının xatirəsinə və Ümumilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyublar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































