Prezidentin xüsusi nümayəndəsi: “İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan edilib”

Prezidentin xüsusi nümayəndəsi: “İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan edilib”

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi: “İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan edilib”

189844

“Azərbaycan ərazisindəki bütün ibadət yerləri, dini mənşəyindən asılı olmayaraq, cəmiyyətimizin çoxmillətli və multikultural xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsini təşkil edir. Hökumətimiz isə hər bir dini ibadət yerini heç bir ayrı-seçkilik qoymadan qorumaq vəzifəsinə ciddi yanaşır”. 

Bizim.Media xəbər verir ki, bunu Vatikanda işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov oranın yerli xəbər agentliyi “Servizio İnformazione Religios”a müsahibəsində bildirib.

“2020-ci ilin noyabr ayında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən xarici dövlətin qanunsuz işğalı altında olan və münaqişənin təsirinə məruz qalmış ərazilərdəki bütün mədəni və dini abidələrin inventarizasiyası aparılıb. 

İki müharibədən sonra ayaqda qalan, lakin zədələnən abidələr hazırda bərpa mərhələsindədirlər, ancaq təəssüf ki, bir çox mədəni və dini abidələr işğalçı qüvvələr tərəfindən tamamilə məhv edilib. 
Bir misal gətirim: Qarabağda və əvvəllər işğal olunmuş digər ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan edilib”, - deyə E. Əmirbəyov vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO