Gürcüstan XİN: Azərbaycan-Ermənistan arasında razılaşmanı alqışlayırıq

Hazırda oxunan: Gürcüstan XİN: Azərbaycan-Ermənistan arasında razılaşmanı alqışlayırıq

188446

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla Ermənistan arasında baş tutan son razılaşmaya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin rəsmi "X" hesabında paylaşım edilib.

"Gürcüstan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sərhədin delimitasiyası prosesinin başlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır.

Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın yaradılması prosesinə töhfə vermək üçün güclü öhdəliyini bir daha təsdiq edir", - deyə paylaşımda qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO