Müdafiə naziri: “Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib”

Müdafiə naziri: “Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib”

Hazırda oxunan: Müdafiə naziri: “Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib”

186280

“Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artıb. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətinə, sülhün, sabitliyin təminatçısına çevrilib”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrikində yer alıb.

“Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı.

Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlər davam etdirilir”, - deyə təbrikdə qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO