Pakistan lideri ölkə başçısını təbrik edib

Pakistan lideri ölkə başçısını təbrik edib

Hazırda oxunan: Pakistan lideri ölkə başçısını təbrik edib

177131

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə Alvi  “X” hesabında yazıb:

“İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində əldə etdiyi qəti qələbə münasibətilə təbrik edirəm", - deyə Pakistan Prezidenti vurğulayıb.

Təbrikində iki ölkə arasındakı davamlı dostluğu və əməkdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözlədiyini yazan A.Alvi bildirib:

“Sizin liderliyiniz tərəqqi və sabitliyə ilham verməkdə davam edir. Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir. Uğurlarınızın davamlı olmasını arzulayırıq!”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO