\'\'Müharibədə hərbçilərimiz erməni mülki əhalisi ilə ləyaqətlə davrandı\'\' - Prezident 

\'\'Müharibədə hərbçilərimiz erməni mülki əhalisi ilə ləyaqətlə davrandı\'\' - Prezident 

Hazırda oxunan: \'\'Müharibədə hərbçilərimiz erməni mülki əhalisi ilə ləyaqətlə davrandı\'\' - Prezident 
17688
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Müharibə zamanı Azərbaycan hərbçiləri ləyaqətlə davranaraq ən yüksək insani keyfiyyətləri sərgilədilər".

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

''Xocalı soyqırımının günahsız qurbanlarını unuda bilmərik'' - Prezident 


“Hərbçilərimiz mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər. Erməni tərəfdən mülki əhali arasında 40-dan az itkinin olması bunu açıq şəkildə nümayiş etdirir. Erməni tərəfdən mülki şəxs olaraq ölənlərin əksəriyyəti hərbi əməliyyatlarda özləri iştirak edirdilər. ”,- deyə dövlət başçısı diqqətə çatdırıb.

O bildirib ordumuzun insani davranışına açıq sübut hərbçilərimizin Hadrutda qalmış yaşlılarla necə davranması olub:

"Onlar xəstəxanaya aparıldılar və orada müalicə edildilər. Sonra onları Qırmızı Xaç vasitəsi ilə Ermənistana qaytarmaq qərara alındı, lakin orada onları qəbul etməkdən imtina etdilər. Yaşlı insanlardan biri o qədər zəif idi ki, ermənilər onu qəbul etmək istəmirdilər. Ermənistanda bu davranışı qiymətləndirdilərmi? Deyərdim ki, xeyr”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO