“Əziz qardaşım, hörmətli İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri ilə bağlı şəxsən öz adımdan və xalqım adından bir daha təbrik edirəm”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Ramazan bayramından sonra Şuşaya gedəcək - VİDEO
“Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb. Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub. Ancaq deməliyəm ki, Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb, həmçinin kilsələr də yerlə-yeksan edilib”, - deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarla Azərbaycanın yanında olmağa davam etməyin hamı üçün əhəmiyyət daşıdığını qeyd edib:
“Eyni qaydada bu addımı atarkən tezliklə Azərbaycanın bu bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenidən doğma torpaqlarına qayıtmalarına önəm verirəm”.
Bizim.Media