MDB Parlamentlərarası Assambleya Şurasının rəsmiləri İlham Əliyevi TƏBRİK ETDİLƏR 

MDB Parlamentlərarası Assambleya Şurasının rəsmiləri İlham Əliyevi TƏBRİK ETDİLƏR 

Hazırda oxunan: MDB Parlamentlərarası Assambleya Şurasının rəsmiləri İlham Əliyevi TƏBRİK ETDİLƏR 

160465

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və MDB Parlamentlərarası Assambleya Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 

Möhtərəm cənab Prezident! 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərimizi qəbul edin. 

Azərbaycan müstəqillik illərində iqtisadi və sosial sahələrdə böyük uğurlara nail olub. Bu gün Azərbaycan Birliyin ən qabaqcıl mərkəzlərindən biridir, beynəlxalq gündəliyin bir çox məsələlərinin həllində mühüm rol oynayır.  

Şübhəsiz, Azərbaycan rəhbərliyinin və vətəndaşlarının birgə səyləri respublikanın dayanıqlı inkişafına, suverenliyinin qorunmasına, ölkədə milli birliyin və ictimai həmrəyliyin möhkəmlənməsinə kömək göstərməkdə davam edəcək. 
Möhtərəm cənab Prezident, Sizə Azərbaycan Respublikasının tərəqqisi naminə çoxşaxəli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirik”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO