
- A-
- A
- A+
Siyasət
20:05 / 26.09.2023
Azərbaycan səfirliyinə hücum edən şəxsin ağır cəzalandırılması tələb olunur
Hazırda oxunan: Azərbaycan səfirliyinə hücum edən şəxsin ağır cəzalandırılması tələb olunur
157112
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Tehran prokuroru ittiham aktında Azərbaycan səfirliyinə hücum edən şəxsin ən ağır cəzaya məhkum edilməsini istəyib”.
Bizim.Media “İndependentpersian”a istinadən xəbər verir ki, bunu İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Satayişi deyib.
Onun sözlərinə görə, ittihamnamə məhkəməyə göndərilib.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb.
Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































