Anar Eyvazov: “Antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəflər zərərsizləşdirilib”

Hazırda oxunan: Anar Eyvazov: “Antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəflər zərərsizləşdirilib”

156656

“Azərbaycan Ordusu lokal antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib”.  

Bizim.Media xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov jurnalistlərə açıqlaması zamanı deyib. 

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri 24 saatdan az müddətdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib:

“Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqları və qanunsuz erməni silahlı birləşmələri ilə razılıq əldə edilib.  

Razılığa əsasən, hazırda qeyri-qanuni birləşmələrin tərk-silah edilməsi prosesi həyata keçirilir. Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən ərazinin minalardan təmizlənməsi işləri aparılır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO