Aslan Rubayev: “Hər şey Azərbaycanın planlaşdırdığı kimi gedir” – ÖZƏL  

Hazırda oxunan: Aslan Rubayev: “Hər şey Azərbaycanın planlaşdırdığı kimi gedir” – ÖZƏL  

155971

“Mən düşünürəm ki, həqiqət və güc Azərbaycanın tərəfindədir. Çünki indi onun tərəfində Türkiyə və Rusiya kimi güclər dayanıb”. 

Bu fikirləri Bizim.Media-ya Azərbaycanın Qarabağda başlatdığı antiterror hərbi əməliyyatlarını şərh edərkən Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Düşmənin Xocalı və Qırmızı Bazardakı mövqeləri belə məhv edildi – ANBAAN VİDEO  


Politoloq hesab edir ki, hazırda hər şey Bakının planı üzrə gedir. Lakin diqqətli olmalı vacib məqamlar da var: 

“Ancaq Azərbaycan dinc əhali tərəfindən itkilərə yol verməməlidir və Azərbaycan rəsmi olaraq bunun olmayacağını açıqlayıb. Ancaq yüksək dəqiqlikli silahlarla hədəflərin vurulması yol veriləndir. Belə geniş əməliyyatın keçirilməsi regionda da geniş hadisələrə gətirib çıxara bilər. Buna görə də, Azərbaycan tam dəqiqliklə və ehtiyyatla hərəkət etməlidir.  

Hazırda hər şey Bakının planlaşdırdığı kimi gedir. Bu əməliyyatlarda xırda səhv bütün hər şeyin məhvinə gətirib çıxara bilər.

Qarabağdakı erməni “rəhbərləri” hər şeyi çox gözəl başa düşür və mənə elə gəlir ki, onlar yarım ildən sonra inteqrasiya ya da imiqrasiyaya razı olacaqlar”, - deyə Rubayev əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO