İlham Əliyev Pakistan prezidentini təbrik etdi

İlham Əliyev Pakistan prezidentini təbrik etdi

Hazırda oxunan: İlham Əliyev Pakistan prezidentini təbrik etdi

15542

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə təbrik məktubu ünvanlayıb.

Bizim.Media-ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

23 mart − Pakistan Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr ortaq tarixi, dini, mədəni köklərə malik qardaş xalqlarımızın iradəsindən qaynaqlanır.

Belə möhkəm təməllər üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətlərimizin hazırkı yüksək səviyyəsi böyük məmnunluq doğurur.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqe, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir.

Mən Azərbaycan ilə Pakistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm.

Əminəm ki, qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO